Zurab Azaraşvili Gürcüstanda olan ukraynalı qaçqınlara yardım proqramının müddətinin altı ay uzadıldığını bildirib
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili Gürcüstanda olan ukraynalı qaçqınlara yardım proqramının müddətinin altı ay uzadıldığını bildirib.
Bu barədə Səhiyyə naziri hökumətin iclası başa çatdıqdan sonra keçirilən brifinqdə açıqlama verib.
“Bildiyiniz kimi, dövlət fevral ayından bəri ukraynalı qaçqınlara fəal dəstək verir. Əvvəlcə onları meriya və turizm idarəsi, iyulun 15-dən isə Məcburi Köçkünlərlə İş üzrə Agentlik öz himayəsinə götürüb. Sərhədlərdə onların kömək üçün müraciət edə biləcəyi xüsusi məntəqələrimiz var. Biz ailələrə aylıq kirayə pulunda yardım edirik , sosial yardım göstəririk. Bu, Abxaziya və Sxinvalidən olan məcburi köçkünlərin göstəriciləri ilə eynidir. Biz sözügedən proqramı altı ay uzatdıq” – deyə Zurab Azaraşvili bildirib.
Zurab Azaraşvili iyuldan sonra ukraynalı qaçqınlar üçün nəyin maliyyələşdirildiyi və hansı yardımların göstərildiyi barədə statistik rəqəmlərdən nümunə çəkib.
“İyuldan sonra nəyi maliyyələşdirdiyimizin qısa statistik göstəricilərini sizə deyəcəyəm. Onların sosial yardımlarını, mənzil kirayələrini təxminən bir milyon səkkiz yüz min lari ilə maliyyələşdirdik. Onların statusunu müəyyən etməmişdən, kart hazırlamamışdan, belə desək, öyrənməmişdən əvvəl müvəqqəti yaşayış bizə 200.000 lariyədək başa gəldi. Gürcüstanın müxtəlif klinikaları tərəfindən onlara göstərilən tibbi xidmətlər üçün 800.000 lariyə qədər ödədik. Bu gün üçün 500 ailə mənzil kirayəsi, biz ödədiyimiz 300 larini alır, 1050-dən çox insan isə aylıq sosial yardım alır” -deyə Zurab Azaraşvili bildirib.