Zurab Azaraşvili Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzində aparılan təmir işləri ilə tanış olub
Səhiyyə naziri Zurab Azaraşvili Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzində aparılan yenidənqurma-təmir işləri ilə tanış olub.
Səhiyyə Nazirliyi tərəfindən verilən məlumatda işlər yekunlaşdıqdan sonra Təxirəsalınmaz Yardım Mərkəzinin yeni inzibati binasının istifadəyə veriləcəyi və binada vahid dispetçer idarəsinin yerləşəcəyi deyilir. Yeni mərkəz təcili tibbi yardımın xüsusiyyətlərinə uyğun təşkil olunacaq və şəxsi heyət üçün hər cür iş şəraiti yaradılacaq.
Səhiyyə naziri ilə birlikdə, nazir müavini İlia Ğuduşauri, eləcə də Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin direktoru Aleksandre Kutibaşvili aparılan təmir işlərinin gedişatı ilə tanış olublar.