Zurab Azaraşvili Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin yeni inzibati binasına baxış keçirib
Tbilisidə Elizbar Mindeli küçəsində Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzinin yeni inzibati binasının açılışı olub.
Səhiyyə naziri müavini İlia Ğuduşauri və mərkəzin direktoru Aleksandre Kutibaşvili ilə birlikdə yeni açılan baş ofisə baxış keçirib.
Beynəlxalq standartlara uyğun olaraq, binada bütün detallar təcili tibbi yardımın xüsusiyyətləri nəzərə alınmaqla layihələndirilib. Mərkəzi dispetçer, iş və istirahət guşələri təşkil edilib.
Həyata keçirilmiş yenidənqurma və təmir işləri başa çatdıqdan sonra mərkəzin müxtəlif yerlərdən köçürülən 324 əməkdaşı yeni baş ofisdə müasir standartlarla təchiz olunmuş bir məkanda çalışır.
Zurab Azaraşvilinin qeyd etdiyi kimi, mərkəzin hər bir əməkdaşı üçün layiqli iş şəraitinin yaradılması Səhiyyə Nazirliyinin prioritetidir, yeni inzibati bina isə bunun üçün bütün lazımi standartlara cavab verir.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.