Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili müavinlər və işçi qrupunun üzvləri ilə birlikdə DRG islahatını qiymətləndirib.
Zurab Azaraşvilinin qeyd etdiyinə əsasən, ölkədə tibb müəssisələrinin çətin diaqnostik qruplarının (DRQ) maliyyələşdirilməsi modeli uğurla tətbiq edilib – onun tətbiqindən bir il sonra xəstələr tərəfindən ödənilən hissə 27%-dən 10%-ə düşüb.
Səhiyyə nazirinin sözlərinə görə, yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi və cibdən ödənişlərin daha da azaldılması məqsədilə islahatlar fəal şəkildə davam etdiriləcək.
İclasda qeyd edilənə görə, DRG islahatının başlandığı gündən – bu günə qədər 395 mindən çox vətəndaş, 550 mindən çox tibbi ehtiyyacı dövlət tərəfindən təxminən 840 milyon lari ilə maliyyələşdirilib.
Qeyd etmək lazımdır ki, DRG-nin tətbiqi nəticəsində xəstənin yeməkləri tam ödənilir və əvvəllər mövcud olan 500 və 1000 larilik françayzinqlər ləğv edilib ki, onların dəyəri dövlətə ümumilikdə 20 milyon lariyə qədər məbləğə başa gəlib. Əgər islahatın birinci mərhələsində DRG maliyyələşdirmə modeli təcili və planlı stasionar xidmətlərə, yoluxucu xəstəliklərin idarə olunmasına, yüksək riskli hamilə qadınların, doğuşda olan qadınların və qadınların müalicəsinə şamil edilirdisə, 2023-cü ilin noyabrından keysəriyyə əməliyyatı və doğuş xidmətlərə əlavə edildi. Dəyişikliyə əsasən, bu iki xidmətin tarifi bərabərləşdirilərək 1222 lari müəyyən edilib.
Artıq 3500-dən çox doğuş DRG sistemi tərəfindən maliyyələşdirilib. Burada qeyd edək ki, yeniliyin əsas məqsədlərindən biri də lazımsız qeysəriyyə əməliyyatlarının azaldılması olub ki, bu da uğurla tamamlanır və bu halların sayı nisbət azalır. İclasda qeyd olunana əsasən, DRG islahatının uğurunun vacib amillərindən biri müəyyən edilmiş ədalətli tariflərlə yanaşı, effektiv monitorinq sistemidir. Ədalətli tarifləri müəyyən etmək üçün qiymətlərə yenidən baxıldı və 88 DRG kodu üçün tariflər yeniləndi. Qeyd edək ki, tariflərin dəyişdirilməsi sektorun fəal iştirakı ilə baş verir.
Səhiyyə Nazirliyi DRG sisteminin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Tibb müəssisələrinin maliyyələşdirilməsinin bu modeli tədricən bütün xidmətlərə şamil ediləcək. Gürcüstanda DRG sistemi 2022-ci ilin noyabrında istifadəyə verilib. İslahatın məqsədi əhali üçün keyfiyyətli tibbi xidmətin maksimum dərəcədə əlçatan olması, xəstələrin əlavə ödənişlərinin azaldılması, səhiyyə sistemində səmərəliliyin və şəffaflığın əldə edilməsidir.
DRG, dünyanın inkişaf etmiş ölkələrində geniş şəkildə sınaqdan keçirilmiş maliyyələşdirmə modelidir və vətəndaşların keyfiyyətli müalicəsi üçün Nazirliyin ödədiyi ədalətli qiymətləri avtomatik hesablayır. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin və digər beynəlxalq ekspertlərin fikrincə, DRG sistemi Gürcüstanda uğurla tətbiq edilib.
Məlumatı Səhiyyə Nazirliyi yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev