Zurab Azaraşvili - dərman laboratoriyası açılmağa hazırdır, təşkilati məsələlərdə razılaşırıq, keyfiyyəti müəyyən etmək üçün artıq dərman nümunələrini xaricə göndərməyə ehtiyac qalmayacaq
Zurab Azaraşvili - dərman laboratoriyası açılmağa hazırdır, təşkilati məsələlərdə razılaşırıq, keyfiyyəti müəyyən etmək üçün artıq dərman nümunələrini xaricə göndərməyə ehtiyac qalmayacaq

 

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili dərmanların keyfiyyət laboratoriyasının açılmağa artıq hazır olduğunu bildirib. O, hazırda laboratoriyanın texniki detallarının və açılacağı tarixin razılaşdırılması prosesinin getdiyini qeyd edir.

Azaraşvilinin açıqladığı üzrə, dərmanların keyfiyyətini müəyyən etmək üçün artıq nümunələri xaricə göndərməyə ehtiyac qalmayacaq.

“Mən dərman laboratoriyasının artıq hazır olduğunu təsdiq edə bilərəm. İndi biz texniki detallar, təşkilati məsələlər, laboratoriyanın açılışının hansı günə təyin olunması barədə razılığa gəlirik. Bu gün artıq deyə bilərik ki, ölkədə dərmanların yoxlanılacağı dərman laboratoriyası var. Artıq dərmanların keyfiyyətini müəyyən etmək üçün onların nümunələrini xaricə göndərməyə ehtiyac qalmayacaq”-deyə Zurab Azaraşvili açıqlayıb.