Zurab Azaraşvili - Bütün munisipalitetlərdən məlumatımız var, ağır həyat şəraitində olan ailələr qeydiyyata alınıb, özləri də müraciət edə bilərlər, buna sonra baxacağıq
Zurab Azaraşvili - Bütün munisipalitetlərdən məlumatımız var, ağır həyat şəraitində olan ailələr qeydiyyata alınıb, özləri də müraciət edə bilərlər, buna sonra baxacağıq

 
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili ağır həyat şəraitində olan ailələrin proqramdan yararlana bilməsi və dövlətdən yeni yaşayış sahələri ala bilməsi üçün hansı prosedurlardan keçməyin zəruri olduğunu izah edib.

Nazir, ağır həyat şəraitində olan ailələrin özlərinin də munisipal mərkəzlərə müraciət edə biləcəyini, bunu daha sonra Səhiyyə Nazirliyinin müzakirə edəcəyini bildirib.

“Ailələr bizim munisipal mərkəzlərə müraciət edəcək. Belə ailələrin olduğu bütün munisipalitetlərdən məlumatımız var, yəqinki qeydiyyatdadırlar. Bunun əsasında, biz də müraciət edəcəyik və onlar özləri də müraciət edə biləcəklər ki, biz bunu sonra baxacağıq” – Zurab Azaraşvili açıqlayıb.

Hökumətin qərarına əsasən, ağır həyat şəraitində olan 1000 ailəyə dövlət yeni yaşayış sahələri verəcək.