Zurab Azaraşvili Beynəlxalq Əmək Təşkilatının regional direktoru ilə görüşüb
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional Bürosunun direktoru Beate Andree ilə görüşüb.
Səhiyyə Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, Zurab Azaraşvili Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələrinə ölkədə əməyin mühafizəsi və hüquqlar ilə bağlı mövcud vəziyyət barədə məlumat verib.
“Layiqli iş şəraitinin təmin edilməsi, Əmək Müfəttişliyi Xidmətinin struktur və institusional inkişafı və əməyin mühafizəsi ilə bağlı aktual məsələlərdən danışılıb.
Beynəlxalq Əmək Təşkilatının nümayəndələri qurumun atdığı addımları müsbət qiymətləndirib və gələcək əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Görüşdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) məsləhətçisi Ekaterine Karçxadze də iştirak edib”- deyə agentliyin məlumatında qeyd olunur.