Zurab Azaraşvili - bahalı onkoloji dərmanların satın alınması ilə əlaqədar birbaşa istehsalçılarla danışıqlara başlamışıq
Zurab Azaraşvili - bahalı onkoloji dərmanların satın alınması ilə əlaqədar birbaşa istehsalçılarla danışıqlara başlamışıq

 

 

Bahalı onkoloji dərmanların satın alınması ilə əlaqədar birbaşa istehsalçılarla danışıqlara başlamışıq. Güzəştli qiymət şərtləri ilə biz pasiyentlərin tam bir illik ehtiyaclarını maliyyələşdirə biləcəyik -bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili açıqlayıb.

O, ümumiyyətlə, bahalı dərmanlara istinad qiymətlərinin tətbiq edilmədiyini bildirir.

“Bahalı onkoloji dərmanlara gəlincə, istinad qiymətqoyma zamanı bahalı dərmanlara istinad qiymətlərinin tətbiq edilməməsi, başqa ölkələrdə də olmaması ilə bağlı birbaşa tövsiyəmiz var idi. Məsləhətçilər, həm Ümumdünya Səhiyyə Təşkilatının, həm də Dünya Bankının muzdlu ekspertlərindən ibarət konsaltinq qrupu müvafiq tövsiyə ilə bizə müraciət etdi. Bu səbəbdən biz bahalı dərmanların birbaşa satın alınması yolu ilə getdik. Bu gün biz artıq birbaşa istehsalçılarla satınalma ilə bağlı danışıqlara başladığımızı təsdiq edirik. Bir tərəfdə istehsalat şirkəti, digər tərəfdə nazirlik olacaq, hətta burada da əlavə endirimlər və güzəştli qiymət şəraitində onkoloji pasiyentlərin tam bir illik ehtiyaclarını maliyyələşdirə biləcəyik”- deyə Zurab Azaraşvili açıqlayıb.