Zurab Azaraşvili AYİB-in regional direktoru ilə görüşüb
Zurab Azaraşvili AYİB-in regional direktoru ilə görüşüb

 

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Biorlin Hansen ilə görüşüb.

Səhiyyə Nazirliyi tərəfindən, tərəflərin tibb bacısı və mamaçaların kvalifikasiyasının yüksəldilməsi, tədris planının təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqinin əhəmiyyəti barədə danışdıqlarına dair məlumat yayılır.

Səfir səhiyyə nazirindən nazirlikdə aparılan və planlaşdırılan islahatlar barədə ətraflı məlumat alıb.

Katarina Biorlin Hansen qeyd olunan proseslərin keyfiyyətli səhiyyə xidmətinə çıxışın artırılmasını nəzərdə tutduğunu, bunun da alqışlanmalı fakt olduğunu bildirib. O, Səhiyyə Nazirliyi ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırlıq ifadə edib.

Görüşdə Cənubi Qafqazda gender və iqtisadi inklüziv siyasət istiqamətinin rəhbəri Mariam Kobalia və Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə analitiki Nikola Lipari iştirak ediblər.