Zurab Azaraşvili - Almaniya, Böyük Britaniya və digər ölkələr axondroplaziyanın müalicəsi üçün "Vozoritide" dərmanının maliyyələşdirilməsi ilə bağlı müzakirələri dayandırıblar, müalicənin effektivliyi barədə cüzi məlumat var
Almaniya, Böyük Britaniya və digər ölkələr axondroplaziyanın müalicəsi üçün “Vozoritide” dərmanının maliyyələşdirilməsi ilə bağlı müzakirələri dayandırıblar, çünki dərman tətbiqinin ilkin mərhələsindədir.Onun yan təsirləri, eləcə də müalicənin uzunmüddətli perspektivdə effektivliyi barədə məlumat cüzidir -səhiyyə naziri bu barədə hökumətin iclası başa çatdıqdan sonra açıqlayıb.
O, müvafiq olaraq bir sıra ölkələrin pasiyentin sağlamlıq maraqlarını nəzərə alaraq, hazırkı mərhələdə dərmanın maliyyələşdirilməsini müzakirə etməyi məqsədəuyğun hesab etmədiyini söyləyib.
Azaraşvili dərmanın yeni yaradıldığını, ABŞ-ın Qida və Dərman Tənzimləmə Agentliyinin (FDA) və Avropa Dərman Agentliyinin (EMA) sürətləndirilmiş şəkildə avtorizasiyasını aldığını, yalnız xüsusi hallarda istifadə olunduğunu və standart terapiya olmadığını bildirib.
“Nadir xəstəliklərlə bağlı məsələlərlə məşğul olan koordinasiya şurasında qeyd olunan dərmanların tədqiq olunduğu müxtəlif ölkələrin nümunələri ətraflı müzakirə olunub. Ötən aylar ərzində nazirliyimiz də aktiv öyrənmə mərhələlərini keçib. Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Avropa pasiyentlərin hüquqlarını müdafiə cəmiyyətləri və bu müzakirələrin aparıldığı müxtəlif ölkələrlə fəal əlaqə saxlayırdıq. Yuxarıda göstərilənləri nəzərə alaraq, indiki mərhələdə nadir xəstəliklərlə məşğul olan koordinasiya şurası bu dərmanın alınması ilə bağlı nazirliyə müsbət tövsiyə verməyib”-deyə Zurab Azaraşvili açıqlayıb.