Zurab Azaraşvili - 2025-ci ilin sonuna qədər 13 min məcburi köçkün ailəsinə yeni yaşayış sahələri veriləcək
Zurab Azaraşvili - 2025-ci ilin sonuna qədər 13 min məcburi köçkün ailəsinə yeni yaşayış sahələri veriləcək

 
Məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunması istiqamətində səmərəli siyasət davam etdirilir. 2023-cü ildə biz məcburi köçkünlərin misli görünməmiş genişmiqyaslı məskunlaşdırılması layihəsinə başladıq və bu layihə çərçivəsində 2025-ci ilin sonuna kimi 13 min məcburi köçkün ailəsinə yeni yaşayış sahəsi veriləcək- deyə Zurab Azaraşvili qanunverici orqanda çıxışı zamanı açıqlayıb.

O, məcburi köçkünlərin mənzillə təminatının dövlətin əsas prioritetlərindən biri olduğunu bildirib.

“Gürcüstanın beş şəhərində – Tbilisi, Kutaisi, Rustavi, Zuqdidi və Borcomidə yeni yaşayış kompleksləri tikiləcək. Tikintinin yüksək tempini nəzərə alaraq, bu il artıq Tbilisi və Kutaisidə bir neçə yüz mənzilin təhvil verilməsi planlaşdırılır. Proqramın ümumi büdcəsi təxminən 900 milyon lari təşkil edir”-deyə Zurab Azaraşvili açıqlayıb.