Zurab Azaraşvili 2023-cü ilin büdcəsinə müvafiq olaraq, xroniki xəstəliklər üçün nəzərdə tutulan dərmanların maliyyələşdirilməsinin təxminən 30 milyon lari artacağını açıqlayıb
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili 2023-cü ilin büdcəsində Səhiyyə Nazirliyi üçün artırılmış maliyyə vəsaitinin bir hissəsinin, təxminən 30 milyon larinin xroniki xəstəliklər üçün nəzərdə tutulan dərmanların maliyyələşdirilməsinə yönəldiləcəyini bildirib.
O, maliyyələşdiriləcək dərman vasitələrinin siyahısının genişləndiriləcəyini açıqlayıb.
“Bu vəsaitin bir hissəsi, təxminən 30 milyon lari artım xroniki xəstəliklər üçün olan dərman vasitələrinin maliyyələşdirilməsinə aid olacaq. Bildiyiniz kimi, gələn ilin yanvar ayından etibarən dərman vasitələrinin qiymətlərini istinad qiymətlərlə müəyyən edəcəyik. Birinci mərhələdə xroniki və onkoloji xəstəlikləri olan insanlara aid olacaq. Beləliklə, istinad qiymətləri müəyyən edildikdən sonra 30 milyon əlavə olunacaq. Həmçinin, maliyyələşdiriləcək dərmanların siyahısı genişləndiriləcək və biz onların əlçatanlığını və insanların əhatəsini xeyli artıracağıq” – Zurab Azaraşvili bildirib.