Zurab Azaraşvili - 2023-cü ildə antibiotiklər qrupunda 41% ucuzlaşma qeydə alınıb
Zurab Azaraşvili - 2023-cü ildə antibiotiklər qrupunda 41% ucuzlaşma qeydə alınıb

 
Səhiyyə naziri vəzifəsinə namizəd Zurab Azaraşvili parlamentdə komitələrin birgə iclasında çıxışı zamanı diqqəti keyfiyyətli dərman vasitələrinə çıxış imkanlarının artırılması məqsədilə həyata keçirilən islahatlara yönəldib.

O bildirib ki, son iki ildə əczaçılıq sahəsində misli görünməmiş miqyasda və əhəmiyyət kəsb edən islahatlar aparılıb.

“2022-ci ilin əvvəlində Türkiyədən proaktiv şəkildə ölkəyə dərman idxalı artdı, bu da bazarda rəqabəti yaxşılaşdırdı və dərmanların qiymətlərini aşağı saldı. 2023-cü ilin yanvar ayından bu günə qədər 6000-dən çox dərman vasitəsinə istinad qiyməti artıq tətbiq edilib, istinad qiymətindən yuxarı dərman şirkətlərinə onların satışı qadağan edilib. Həyata keçirilən islahatlar nəticəsində orta hesabla dərman vasitələrinin qiymətləri 45% azalıb, bunu Gürcüstanın Milli Statistika Xidmətinin göstəriciləri də sübut edir, məsələn, 2023-cü il ərzində ölkədə antibiotiklər qrupunda 41% ucuzlaşma qeydə alınıb”- deyə səhiyyə naziri vəzifəsinə namizəd Zurab Azaraşvili açıqlayıb.