Zurab Azaraşvili - 2023-cü ildə 100-ə yaxın kənd ambulatoriyasının tikintisinə-bərpasına başlamışıq və bu, fasiləsiz şəkildə davam edir
Zurab Azaraşvili parlamentdə komitələrin birgə iclasında çıxışı zamanı diqqəti dövlətə məxsus tibb müəssisələrinin gücləndirilməsinə yönəldib.
Səhiyyə naziri vəzifəsinə namizəd bildirib ki, hazırda kənd ambulatoriyalarının tikintisi-bərpası prosesi aktiv şəkildə aparılır. İlkin səhiyyə müəssisələrində teletibb xidmətləri tətbiq edilir.
“Biz 1000-dən çox kənd ambulatoriyasının infrastruktur vəziyyətinin təhlilini apardıq. 2023-cü ildə biz 100-ə yaxın ambulatoriyanın tikintisi-bərpasına başladıq və bu, hər il fasiləsiz davam edir. Kənd yerlərində ilkin səhiyyə müəssisələrində innovativ texnologiyaların, xüsusən də teletibbin tətbiqi davam edir və bununla, artıq kənd yerlərində yaşayan 2500 nəfərə mütəxəssis məsləhəti verilib”- Zurab Azaraşvili açıqlayıb.