Zurab Azaraşvili - Əczaçılıq şirkətləri tərəfindən süni sabotaj cəhdinə yol verilib, hətta istinad qiymətinin tətbiq olunmadığı dərmanların qiymətində kəskin artım olub
Süni sabotaj, konkret dərmanların süni çatışmazlığını yaratmaq cəhdinə yol verilib. Həmçinin, istinad qiymətinin tətbiq olunmadığı dərmanların qiymətində kəskin artım olub- bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili açıqlayıb.
Azaraşvili, gələcəkdə bu cür halların qarşısının maksimal olaraq alınacağını və dövlətin sərt reaksiyası olacağını bildirib.
“Təəssüf ki, reseptsiz dərmanların qiymətlərinin artması da əlavə tendensiyadır. Bioloji aktiv əlavələrə və ya vitaminlərə aid ola bilər və bunu reseptlərdə süni şəkildə yazırlar. Buna hər zaman sərt reaksiyamız olacaq. Fikrimcə, ölkədə dərman bazarı birdəfəlik qaydasına salınacaq. Ən əsası odur ki, dövlət vətəndaşların qayğısına qalır və gələcəkdə belə halların qarşısı maksimal olaraq alınacaq”- Zurab Azaraşvili açıqlayıb.