Sabiq Regional İnkişaf və İnfrastruktur naziri Zurab Alavidze öz işini özəl sektorda davam edəcək.
Bu barədə bəyanatı baş nazir Giorgi Kvirikaşvili hökümət tərkibinin dəyişiklikliyi haqqında keçirilən brifinqdə verdi.
Baş nazirin dediyinə görə, Zurab Alavidze illər ərzində özəl sektorda çalışırdı.
“Ona İnfrastruktur nazirinin vəzifəsini təklif edəndə, Zurab imtina edirdi və uzun müddətli perspektivdə özünü dövlət strukturlarında görmədiyini deyirdi. Onu 20 ildir tanıyıram və o hər zaman özəl sektorda çalışırdı.
Bir neçə gün öncə özəl sektora qayıtmaq istədiyini bildirdi. Onun fikrini dəyişdirməyə çalışdım, ancaq bunu bacara bilmədim və istefa tələbini qəbul etdim” – dedi baş nazir.
Baş nazirin dediyinə görə, Zurab Alavidze işlədiyi hər yerdə müvəffəqiyyətli olub.
Baş nazir Zurab Alavidzeyə nazir vəzifəsindəki fəaliyyətinə görə təşəkkür etdi.
Regional İnkişaf və infrastruktur Naziri vəzifəsində Zurab Alavidzeyi Maia Tskitişvili əvəz edəcək.