Zurab Adeişvilini döyməkdə ittiham olunan şəxslərdən biri saxlanılıb
Zurab Adeişvilini döyməkdə ittiham olunan şəxslərdən biri saxlanılıb

Ukrayna baş prokurorunun müşaviri Zurab Adeişvilini döyməkdə təqsirləndirilən şəxslərdən biri hsaxlanılıb.

Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aparılan araşdırmalar nəticəsində 34 yaşlı əcnəbi şəxs saxlanılıb. O, xuliqanlıqda ittiham olunub.

Zurab Adeişvilinin döyülməsində iştirak edən daha 3 nəfər axtarışa verilib.

Xatırladaq ki, Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvili fevralın 2-də Kiyevdə dörd naməlum şəxsin hücumuna məruz qalıb, nəticədə Adeişvili xəstəxanaya yerləşdirilməli olub.