Zurab Abduşelişvili - son 20-25 il ərzində Özbəkistan Respublikası tərəfindən Gürcüstana belə yüksək səviyyəli səfər həyata keçirilməyib
Zurab Abduşelişvili - son 20-25 il ərzində Özbəkistan Respublikası tərəfindən Gürcüstana belə yüksək səviyyəli səfər həyata keçirilməyib

 
Son 20-25 ildə Özbəkistan Respublikası tərəfindən Gürcüstana belə yüksək səviyyəli səfər həyata keçirilməyib, Gürcüstanın Baş naziri ötən il Özbəkistan Respublikasına səfər edib və bu gün cavab səfəri olub – bu barədə Gürcüstanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Abduşelişvili açıqlayıb.

Səfirin qeyd etdiyi kimi, “Orta Dəhliz” Gürcüstana münasibətdə böyük maraq doğurub, özbəklər investisiya paketlərini həyata keçirməyə hazırdırlar ki, bu da ölkələr arasında münasibətləri kifayət qədər yüksək səviyyəyə çatdırır.

“Son illərdə, xüsusən də son bir neçə ildə Özbəkistan Respublikası ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlıq olduqca inkişaf edib. Bu gün Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov böyük iqtisadi qrupun tərkibi ilə Gürcüstanda səfərdədir. Son zamanlar “Orta Dəhliz”in Gürcüstana münasibətdə aktuallığı böyük marağa səbəb olub. Tekstil məhsullarının istehsalı, nəqliyyat və logistika qovşaqlarının yaradılması kimi sahələrə investisiya paketlərini həyata keçirməyə hazırdırlar, bu da ölkələrimiz arasında əlaqələri kifayət qədər yüksək səviyyəyə çatdıracaq. Ümid edirik ki, gələcəkdə də bu iki ölkə, Özbəkistan və Gürcüstan arasında siyasi, iqtisadi, humanitar və ümumiyyətlə dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi yüksəlişə səbəb olacaq, turizm sahəsində Özbəkistan tərəfdən olduqca böyük axın var.

Təqdirəlayiqdir, çünki son 20-25 ildə və hətta daha çox, demək olar ki, Gürcüstanda belə yüksək səviyyəli səfər olmayıb. Bu, cavab səfəridir. Keçən il, bildiyiniz kimi, İrakli Ğaribaşvili Özbəkistan Respublikasında idi. Səfər zamanı iqtisadi blok və siyasi blokla bağlı ilkin razılaşmalar olub və bu gün cənab Aripov Gürcüstanda cavab səfərindədir. Ümid edirəm ki, ölkələr arasında əməkdaşlıq həm iqtisadi, həm də siyasi vəziyyətdə böyük dəyişikliyə səbəb olacaq” -deyə Zura Abduşelişvili açıqlayıb.