Zurab Abaşidze - Gürcüstan və Rusiya arasında siyasi əlaqələr yenə çıxılmaz nöqtəyə gəldi
“Gürcüstan və Rusiya arasında siyasi əlaqələr yenə çıxılmaz nöqtəyə gəldi” – bu barədə bəyanatı “İzvestiya” qəzeti ilə müsahibədə Gürcüstanın baş nazirinin, Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze verdi.
“İqtisadi baxımdan, nəqliyyat komunikasiyasının aktivizasiyası və ticari əlaqələrin bərpası üçün, biz bir çox əhəmiyyətli addım atdıq. Gürcüstana gələn rus turistlərin sayı artıb. 2017-ci ildə, Gürcüstana milyondan artıq rus turisti gəldi. Rusiya vətəndaşlarına Gürcüstana gəlmək üçün viza lazım deyil. Yeni il qabağı biraz optimist olmaq istəyərdim, ancaq təəssüf ki, siyasi əlaqələrimiz yenə çıxılmaz nöqtədədir. Gələcəkdə bu sehirli dairənin içindən çıxa biləcəyimizi ümid edirəm” – dedi Zurab Abaşidze.