Zura Caparidze - sabahkı aksiya partiya aksiyası deyil, təşkilatçılar biz deyilik, sadəcə üç partiya iştirak edir, Elene Xoştaria yəqin ki, Kiyevdən qoşulacaq
Zura Caparidze - sabahkı aksiya partiya aksiyası deyil, təşkilatçılar biz deyilik, sadəcə üç partiya iştirak edir, Elene Xoştaria yəqin ki, Kiyevdən qoşulacaq

 

“Qirçi-daha çox azadlıq” partiyasının lideri Zura Caparidze sabahkı aksiyanın Ukraynaya münasibətdə həmrəyliyin ifadəsi olacağını bildirib.

O, bunun partiya aksiyası olmadığını qeyd edib.

“Bu, Ukrayna və hazırda cəbhə xəttində olan gürcü döyüşçülərlə həmrəylik aksiyasıdır. Aksiyanın məqsədi bir-birimizə, ukraynalılara və bütün dünyaya bizim Ukraynaya və Ukraynadakı müharibəyə münasibətimizin Gürcüstan iqtidarının göstərdiyi yanaşmadan fərqli olduğunu ifadə etməyə xidmət edir. Aksiya saat 19:00-da başlayacaq, ukraynalıların təşkilatçılığı ilə Rustaveli abidəsindən yürüş olacaq və aksiya iştirakçılarının müəyyən hissəsi orada qoşulacaq. Daha sonra parlament binasına doğru yürüş edəcəklər və saat 19:30 -da aksiya başlayacaq.

Bu birdəfəlik həmrəylik aksiyasıdır. Müharibənin başlanmasının ildönümüdür və ona təsadüf edir. Biz təşkilatçı deyilik, 100-dən çox insan təşkilatçıdır. Sadəcə olaraq üç partiya da iştirak edir. Bu, partiya aksiyası deyil, partiya aksiyası kimi də elan olunmayıb. Elene Xoştaria Kiyevdədir, çünki orada görüşlər keçirməlidir. Yəqin ki, Elene oradan qoşulacaq. Hakim komanda aksiyaya buraya deyil, Kiyevə nümayəndə heyəti ilə getməli idi, onların dəvəti var idi, ondan imtina etdilər. Onlar bunu Rusiyanı qıcıqlandırmamaq səbəbi ilə etmirlər. Əminəm ki, onlar bu müharibədə Rusiyaya azarkeşlik edirlər, bunu dəfələrlə demişəm. Onlar Rusiyanın qalib gəlməsini istəyirlər ki, sonra çevrilərək bizə desinlər- “bir ildən artıqdır sizi içində yaşatdığımız özünə inamsız vəziyyət düzgün siyasətdir, onlar haqlı idilər, görün Ukraynaya nə oldu, Rusiya qazandı və biz onlarla dilimizi bükə-bükə, dizi üstə duraraq danışanda haqlı idik”-deyə Zura Caparidze açıqlayıb.