Zuqdidinin 67 saylı Dairə Seçki Komissiyası təsadüflük prinsipi ilə seçilmiş beş məntəqənin nəticələrini yenidən hesablayıb, heç bir qeyri-dəqiqlik qeydə alınmayıb
Zuqdidinin 67 saylı Dairə Seçki Komissiyası təsadüflük prinsipi ilə seçilmiş beş məntəqənin nəticələrini yenidən hesablayıb, heç bir qeyri-dəqiqlik qeydə alınmayıb

 
Zuqdidinin 67 saylı Dairə Seçki Komissiyası Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş beş seçki məntəqəsinin nəticələrini yenidən hesablayıb. 70-dən beş məntəqəni lototronla, təsadüflük (rastgələ) prinsipi ilə seçiblər. Məntəqələrin heç birinin nəticələrində nəsə qeyri-dəqiqlik qeydə alınmayıb.

Səslərin hesablanması prosesində beynəlxalq müşahidə missiyalarının nümayəndələri iştirak edirdilər.

Zuqdidinin 67 saylı seçki dairəsində 116 526 seçici qeydiyyata alınmışdı. Oktyabrın 26-da seçkilərdə 55 098 seçici istədiyi partiyaya səs verdi.

“Lototron vasitəsilə Dairə Seçki Komissiyasının dünənki iclasında təsadüflük (rastgələ) prinsipi əsasında 5 məntəqə müəyyən edilib. Bunlar: N9, N25, N42, N45 və N 52 məntəqələrdir. Məntəqənin nəticələri qanunvericilik əsasında yenidən hesablanıb, nəticələr dəyişməzdir, bu hesablamalardan sonra Dairə Seçki Komissiyası nəticələrin dəyişməz olaraq qalması barədə qərar qəbul edəcək” – Zuqdidinin 67 saylı Dairə Seçki Komissiyasının sədri Miranda Mesxi bildirib.