Zuqdididə yerli hakimiyyət nümayəndələri 9 Apreldə həlak olanların xatirəsini yad etdilər
Zuqdididə yerli hakimiyyət nümayəndələri 9 Apreldə həlak olanların xatirəsini yad etdilər

Zuqdididə yerli hakimiyyət nümayəndələri 9 Apreldə həlak olanların xatirəsini yad etdilər və memorial lövhəsini gül-çiçək dəstələri ilə bəzədilər.

“Bu ideya ətrafında birləşmiş repressiv rejimə qarşı çıxan, vəhşicəsinə dağılan, gürcü xalqını cəzalandıran Gürcüstan idi, qurbanlarımız oldu. Qəhrəmanlarımıza bir daha təşəkkür etmək və demək istəyirəm ki, gələcək nəsillər onların xatirəsini daim xatırlayacaq və ehtiramla yaşadacaqlar. Azadlığa görə minnətdarıq”, – Mamuka Soseriya bəyan etdi.

9 Aprel faciəsindən 33 il keçdi. 1989-cu il aprelin 9-da səhər açılarkən, Sovet silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası yaxınlığında dinc etiraz aksiyasını dagıtdı, nəticədə insan tələfatı oldu. Dağıtma nəticəsində 21 insan həlak oldu, yüzlərcə insan isə, müəyyən edilməmiş tərkibli qaz ilə zəhərləndi.

Az sonra, 1991-ci il aprelin 9-da Ali Şura Gürcüstan Dövlət Müstəqilliyinin bərpasını elan etdi.