Zuqdididə, Çavçavadze küçəsində yenidoğulan uşaq tapdılar. Birinci Kanalın jurnalistinin məlumatına görə, uşağı poliklinikanın həyətində Pipiyalar ailəsi tapdı.
Yenidoğulan uşağı təcili tibbi yardım xidməti Zuqdidi Referal Xəstəxanasına apardı. Həkimlərin dediyinə görə, uşağın sağlamlıq durumu sabit ağırdır.
“Uşağı gətirərkən nəfəs ala bilmirdi. Müvafiq müalicə edildi. Hazırda uşağın sağlamlıq durumu sabit ağırdır”, – həkim bəyan etdi.
DİN-in məlumatına görə, baş verənlərlə əlaqədar istintaq GCM-nin 127-ci maddəsi ilə aparılır.