Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsi və Zuqdidi Rayon Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1973-cü il təvəllüdlü Q. Ş. ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırıcı şəraitdə həbs edilib. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirlikdən verilən məlumata görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Zuqdidi bələdiyyəsində həyat yoldaşı, 1966-cı il təvəllüdlü P.K.-ya küt alətlə xəsarət yetirib. Yaralı qadın tibb müəssisəsinə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri araşdırmalar nəticəsində təqsirləndirilən Q.Ş isti izdə yaxalanıb.
Ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11-ci maddəsinin Prima 109-cu “K” bəndi ilə aparılır”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.