Zuqdidi Sakrebulonun sədri olaraq “Gürcüstan Naminə” partiyasının üzvü seçilib
Zuqdidi Sakrebulonun sədri olaraq “Gürcüstan Naminə” partiyasının üzvü seçilib

Gürcüstan Naminə Partiyasının üzvü Qiqa Parulava Zuqdidi Bələdiyyəsi Sakrebulosunun sədri seçilib.

Səsvermədə “Milli Hərəkat”ın üzvləri də daxil olmaqla 25 deputat iştirak edib.

Sessiyada “Gürcü Arzusu”nun nümayəndələri iştirak ediblər, lakin səsvermədə iştirak etməyiblər.

Zuqdidi Sakrebulosunda Vahid Milli Hərəkat 22, “Gürcü Arzusu” 20, “Gürcüstan Naminə Partiyası” isə 3 mandata malikdir.