Zooparkın direktoru - Yeni il gecəsində kifayət qədər çoxlu pirotexniki vasitələrdən istifadə olundu və heyvanlar episentrdə idilər, lakin xoşbəxtlikdən itkilərimiz yoxdur
Zooparkın direktoru Zurab Qurielidze Yeni il gecəsində kifayət qədər çoxlu pirotexniki vasitələrdən istifadə edildiyini və heyvanların episentrdə olduğunu, lakin xoşbəxtlikdən itkilərin olmadığını bildirib.
Zurab Qurielidzenin açıqladığı üzrə, əvvəlcədən müxtəlif tədbirlər görülüb, heyvanlara sakitləşdiriclər və stress əleyhinə dərmanlar verilib.
“Heyvanlar pirotexniki vasitələrdən istifadənin episentrinə düşdülər, qorxdular, dayanmadan qaçırdılar. Xoşbəxtlikdən bütün bunlar itkisiz başa çatdı. Xüsusi tədbirlər görülmüşdü, sakitləşdiriclər və stress əleyhinə dərmanlar verilmişdi, hərçənd demək lazımdır ki, hər zaman işə yaramır və heyvan tələf olur, lakin bütün hallarda belə bir qorxu, belə bir stresli vəziyyət izsiz ötüşmür. Daha sonra onlarda müəyyən xəstəliklər yarana bilər, əksər hallarda müəyyən müddətdən sonra daha da ağır şəkildə inkişaf edə bilər, bunun səbəbini məhz stressdə axtarmaq lazımdır.
Antilop kifayət qədər güclü heyvandır, lakin atışma səslərindən və partlayışlardan qorxur. Təəssüf ki, körpə balanı itirdiyimiz hallarımız olub. Keçən il biz balaca antilopu itirdik. İstənilən heyvanın çoxaldılması çox səy tələb edir və bir neçə saniyəlik həzz üçün canlı varlığın, heyvanın ölümü hər zaman qəbuledilməzdir. Hər zaman dediyimiz kimi pirotexniki vasitələrdən istifadə etməyin, xüsusən də zooparkın yerləşdiyi ərazidə istifadə edilməməsi bizim xahişimizdir. Bu yeni il bilavasitə zoopark istiqamətində atışma olub, məqsədyönlü deyil, lakin belə çıxır” -deyə Zurab Qurielidze açıqlayıb.