Zimbabvenin prezidenti - Zimbabvedə demokratiyanın səviyyəsi yüksəkdir
Zimbabvenin yeni prezidenti, Emerson Mnanqava hesab edir ki, ölkəyə islahatlar lazım gəlmir və Zimbabvedə demokratiyanın səviyyəsi yüksəkdir.
Onun dediyinə görə, keçmiş prezident Robert Muqabe səhvlər buraxmayıb.
” Konstitusiyamızı qeyriadekvat və müasir standartlara cavab vermədiyini hesab edən insanlarla şəxsən görüşmək istəyirəm. Söz, toplaşma və ifadə azadlığı, mediya azadlığı – bunların hamısı bizim konstitusiya ilə müdafiə olunubdur”, – Mnanqava bəyan edir.
Ölkənin keçmiş prezidenti, 93 yaşlı Robert Muqabe 2017-ci ildə hərbiçilərin təziqi nəticəsində istefa verdi. Ondan sonra ölkəni Zimbabvenin keçmiş vitse-prezidenti Mnanqava idarə edir.
Emerson Mnanqava bu vəzifədə 2018-ci il prezident seçkilərinə qədər qaldı.