Zibil maşınları şəhərdə gecə saatlarında hərəkət edəcəklər
Zibil maşınları şəhərdə gecə saatlarında hərəkət edəcəklər

Tbilisinin meri Kaxa Kaladze müavini Maia Bitzadzeyə tapşırıq verdi ki, Təmizlik xidmətinin əməkdaşları Tbilisinin bir neçə küçəsində məişət zibillərini artıq gecə saatlarında yığsınlar.

“Bu məsələ ilə bağlı, pilot layihəsinə başladıq və bunun üçün əhalinin yardımı da lazımdır. Yeni plan zibil maşınlarının küçələrdə gecə saatlarında hərəkət etmələrini nəzərdə tutur və bu da öz növbəsində, biraz da olsa, yol tıxanclarını azaldacaq” – dedi Kaladzenin müavini Maia Bitadze.

Tbilisi merinin dediyinə görə, əgər əhali bi layihəyi dəstəkləsə, zibil maşınları şəhərdə sadəcə gecə satlarında hərəkət edəcəklər.

“Əgər bu layihə qəbul edilsə, o zaman yeni modelə keçəcəyik” – dedi Kaladze.