"Zeytin budağı" hərbi əməliyyat çərçivəsində, türk əsgərləri 597 kürt cihadistini neytrallaşdırdılar
"Zeytin budağı" hərbi əməliyyat çərçivəsində, türk əsgərləri 597 kürt cihadistini neytrallaşdırdılar

“Zeytin budağı” hərbi əməliyyat çərçivəsində, türk əsgərləri 597 kürt cihadistini neytrallaşdırdılar.

Bu barədə məlumatı Türk Silahlı Qüvvələrinin Baş Qərargahı yayır.

Yayılan məlumata görə, keçən gecə ərzində, türk aviasiyası Suriyədə 44 obyekti dağıtdı.

Türk iqtidarı hərbi əməliyyatdan bəhs edərkən, tez -tez “neytrallaşdırma” ifadəsindən istifadə edir və bu kəlimə qarşı tərəfin likvidasiyasını və yahud işğal edilməsini nəzərdə tutur.

Türkiyənin baş qərargahında bəyan edirlər ki, hərbi əməliyyatın məqsədi sərhəd zonasında təhlükəsizliyin və sabitliyin təmin edilməsidir.

Türkiyə, Suriyənin Şimal bölqəsində həyata keçirdiyi “Zeytin budağı” əməliyyatını yanvarın 20-də başladı.