Zestaponidə qətl faktı üzrə bir nəfər barəsində ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu qəsdən adam öldürmə faktı üzrə bir nəfər barəsində ittiham irəli sürüb.
İstintaq orqanı tərəfindən verilən məlumatda Daxili İşlər Nazirliyinin apardığı istintaqla oktyabrın 30-da Zestaponi munisipalitetinin Tsiplavake kəndində təqsirləndirilən şəxsin mübahisə zamanı ov tüfəngindən açdığı atəşlə zərərçəkmişə qarın nahiyəsindən xəsarətin yetirdiyinin müəyyən edildiyi deyilir. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək” – deyə prokurorluğun məlumatında qeyd olunub.