Zestaponidə Ədliyyə Evinin açılışı baş tutub
Zestaponidə Ədliyyə Evinin açılışı baş tutub

 
Zestaponidə Ədliyyə Evinin açılışı baş tutub. İmereti bölgəsindəki 23-cü filial Zestaponi şəhəri və ətraf kəndlərin əhalisinə bir məkanda, rahat və müasir şəraitdə 470-dən çox xidmət göstərəcək. Qeyd etmək lazımdır ki, Zestaponi Ədliyə Evində xüsusi təşkil olunmuş ritual məkanda nikah xidmətindən yararlanmaq da mümkün olacaq.

Bu gün Zestaponi rayonunda rayon mərkəzindən uzaqda yaşayanlara öz evinin qapısındaca xidmət göstərən “Səyyar Ədliyyə Evi” layihəsinə start verilib.

Ədliyyə naziri Rati Breqadze Zestaponinin majoritar deputatı Bejan Tsakadze və İmereti vilayətinin qubernatoru Zviad Şalamberidze ilə birlikdə Zestaponinin Ədliyyə Evinin açılışını edib. Yeni avadanlıq və inventarla təchiz olunmuş filial məhdud imkanlı şəxslərin ehtiyaclarına tam uyğunlaşdırılıb. Burada 20-yə yaxın yerli sakin çalışır.

Dövlət xidmətlərinin əlçatanlığı Ədliyyə Nazirliyinin prioritet istiqamətlərindən biridir və hazırda ölkə miqyasında 118 ədliyyə evi tərəfindən təmin edilir. Bundan əlavə, Tercola, Samtredia, Xaşuri və Axmetada aktiv tikinti işləri aparılır; 2024-cü ilin sonuna kimi Saqareco, Mtsxeta, Tolebi, Zoti, Tsaişi, Xelvaçauri, Şroşi, Saçxerenin Ədliyyə Evləri açılacaq, Tbilisi və Batumidə yeni filiallar tikiləcək.

2024-cü ildən Gürcüstan vətəndaşları mobil telefonları ilə bütün xidmətlərdən yararlanmağa imkan verən rəqəmsal ədliyyə evindən istifadə edə biləcəklər.

Zestaponinin Ədliyyə Evinin açılışında həmçinin ədliyyə nazirinin müavinləri, yerli hakimiyyət orqanlarının rəhbərləri, yerli hakimiyyət orqanlarının nümayəndələri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.