Zelenski bəyan edir ki, ortada qalmağı sevmir və Ukraynanın orta qalmasını da istəmir
Ukrayna prezidenti Vladimer Zelenskinin dediyinə görə, o istəmir ki, Ukrayna “böyük bossların” süfrəsində yem olsun.
Savik Şusterin “Söz azadlığı” adlı proqramının efirində Zelenski bəyan etdi ki, ortada qalmağı sevmir və Ukraynanın ortada qalmasını da istəmir.
“Masanın bir tərəfində, bərabər qüvvə və güclü ölkə olaraq, oturmaq istəyirik” – dedi Zelenski.
Xatırladaq ki, Amerikan jurnalı Time birinci səhifəsində Zelenskinin rəsmini belə bir başlıqla yerləşdirib: Ortadakı adam, Ukrayna prezidentidir və o Putin və Tramp arasında qalıb.
Ukrayna prezidentinə həsr olunan geniş məqalə isə, dekabrın 16-da çıxacaq.