Zeğduleti kəndində yerli əhali torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar aksiya keçirir
Zeğduleti kəndində yerli əhali torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar aksiya keçirir

 

Qori munisipalitetinin Zeğduleti kəndində aksiya yenidən bərpa olunub. Yerli sakinlər 2008-ci ildə özgəninkiləşdirildiyini bildirdikləri otlaq sahələrinin kəndə qaytarılmasını tələb edirlər. Əhali ərazidə aksiya-performans da təşkil edib. Mübahisəli torpaqda 2008-ci ilin müharibəsində həlak olan əsgərlərin fotolarından ibarət pankart quraşdırılıb və bu yerə simvolik olaraq müharibədə həlak olan qəhrəmanların adı verilib.

Söhbət 75 hektar torpaqdan gedir , torpaq sahəsinin 50 hektarı özəl sahibkara, 25 hektarı isə MMC “Foodland ” şirkətinə məxsusdur.

Məlumat üçün bildirək ki, Zeğduleti kəndində torpaqların özgəninkiləşdirilməsi ilə bağlı bir neçə dəfə etiraz aksiyası keçirilib. Sakinlər yerli hökumət nümayəndələri ilə bir neçə dəfə görüşsə də, bu nəticəsiz başa çatıb. Aksiya iştirakçıları 25 hektar torpağın kəndə qaytarılacağı təklifi ilə razılaşmayıblar. Aksiyaların birində sakinlər magistral yolu bağlamağa çalışıblar ki, bu da polislər ilə qarşıdurmaya səbəb olub.