Zbiqnev Rau - həm Polşa dövləti, həm də ATƏT adından Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyimi bir daha ifadə etmək üçün burdayam
Zbiqnev Rau - həm Polşa dövləti, həm də ATƏT adından Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyimi bir daha ifadə etmək üçün burdayam

 
Həm Polşa dövləti, həm də ATƏT adından Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyimi bir daha ifadə etmək üçün burdayam-bu barədə ATƏT-in sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşdən sonra bildirib.

Prezident Administrasiyasından verilən məlumata görə, görüşdə Ukraynada davam edən münaqişə, regiondakı mövcud vəziyyət, Ukraynaya dəstək və həmrəylik məsələləri müzakirə olunub.

Görüşdən sonra Gürcüstan prezidenti, Polşanın Ukraynaya və ukraynalı qaçqınlara dəstək üçün atdığı mühüm addımların Polşanın Avropa İttifaqında lider ölkələrdən biri olduğunu göstərdiyini qeyd edib.

Prezident Polşanın xarici işlər nazirinə Gürcüstanın sürətləndirilmiş qaydada Avropa İttifaqına daxil olma prosesinə verdiyi dəstəyə görə təşəkkür edib.

Salome Zurabişvili qadınların münaqişələrdə roluna dair may ayında Tbilisidə keçirilməsi planlaşdırılan Qadın Liderlərin Beynəlxalq Konfransı haqqında nazirə məlumat verib.