Zaza Saralidze - Uşaqlar qətlin ilk günündə mənim oğlumu bıçaqlayan üç nəfərin adını çəkdilər
Zaza Saralidze - Uşaqlar qətlin ilk günündə mənim oğlumu bıçaqlayan üç nəfərin adını çəkdilər

Uşaqlar qətlin ilk günündə mənim oğlumu bıçaqlayan üç nəfərin adını çəkdilər, bunlar G.C., M.K., və keşişin oğludur, – bu barədə bəyanatı Xorava küçəsində öldürülən məktəblinin atası Zaza Saralidze istintaq komisiyasının üçüncü iclasında verdi.

Onun dediyinə görə, bu barədə məlumatı ona münaqişə zamanı orada olan uşaqlar verdilər.

“Bir neçə gün ərzində bu məlumatın doğru olub-olmadığını yoxlayırdım və bunu istintaq da təsdiqlədi” – dedi Zaza Saralidze.

“Bildiyim qədəri ilə, insindent məktəb tualetindən başlayıb. Mənim oğlumun dostları birini qorxudublar, o da gedib dostlarını gətirib. Ancaq hadisənin tam versiyasını kimsə danışmaq istəmir. Və yaxud, dostlarına yardım etməyə gələn uşaqlar niyə soyuq silahla gəlmişdilər. Bir çox suallar mövcuddur” – dedi Zaza Saralidze.

“Bəziləri deyirlər ki, mənim oğlum, başqa məktəbdən gələn G.C-ya siqaret yanığı atıb və vəziyyət ondan sonra gərginləşib. Anlaya bilmirəm, münaqişədə iştirak edən başqa şagirdlər də varkən, miyə hərkəs sadəcə Dato Saralidzeyə vururdu? Uşaqların danışıqlarından hiss edirdim ki, onlar münaqişənin önəmli hissəsini gizlədirdilər” – dedi Zaza Saralidze.

Xatırladaq ki, parlamentdə Xorava küçəsində baş verən qətl işi ilə bağlı müvəqqəti istintaq komisiyasının üçüncü iclası keçirilir.