Zaza Qaxeladzenin ailəsi bəyan edir ki, Sxvilo qalasının yanındaki aksiyaya qoşulmur
İşğalçı rejim tərəfindən qeyri-qanuni şəkildə həbs edilən Zaza Qaxeladzenin ailəsi bəyan edir ki, Sxvilo qalasının yanındaki aksiyaya qoşulmur.
Zaza Qaxeladzenin həyat yoldaşı İrma Butxuzi Gürcüstanın Birinci Kanalına bəyan etdi ki, ailə aksiyalarda iştirak etməkdən hələlik baş qaçırdır, ancaq gərəkdiyi halda etiraz aksiyasına qoşulacağını istisna etmir.
İrma Butxuzi Zaza Qaxeladze ilə bağlı verilən məhkəmə qərarının şikayət edilməsi planı ilə bağlı məlumatı sabah xəzinə vəkilindən alacaq.
“Etiraz aksiyasının müsbət təsirinin olub-olmayacağını bilmirəm. Bunun nə qədər doğru olub-olmadığını bilmirəm, ancaq lazım olsa çıxıb, məndə aksiyaya qoşulacam. İndi isə, vəkildən zəng gözləyirəm” – deyir İrma Butxuzi.
İşğal altında olan Sxinvalinin qondarma məhkəməsi Zaza Qaxeladzenin həbs müddətini 12 il etdi.