Gürcü xalqı azad, demokratik və rəqabətli mühitdə seçim etdi, iradəsini ifadə etdi, Marneulidə seçkilərdə elə ilk turda qalib gəlirik, – bu barədə Marneuli meri, Zaur Darğallı bəyan etdi.
Elə onun dediyinə görə, hər bir şərait yaradılmışdı ki, seçkilər rəqabətli mühitdə keçirilsin. Darğallının bəyan etdiyinə görə, düzdür, dünən ayrıca insidentlər baş verdi, lakin ümumilikdə Qardabani və Marneulidə seçkilər dinc mühitdə keçirildi.
“Dünən gürcü xalqı azad, demokratik və rəqabətli mühitdə seçim etdi, iradəsini ifadə etdi, ki proporsional siyahı ilə və majoritar səslərlə, ən azından 76 faizlə, yəni çoxluqla qalib gəlirik. Marneulidə seçkilərdə elə ilk turda qalib gəlirik və istəyirəm ki, Marneuli və Qardabani seçicilərinə təşəkkürümü bildirim. Biz bütün ailələrdə idik, bütün kəndlərdə idik. Hər bir şərait yaradılmışdı ki, seçkilər rəqabətli mühitdə keçirilsin. Dünən müxtəlif təxribatlar var idi, lakin gördünüz ki, Qardabani və Marneulidə seçkilər dinc şəraitdə keçirildi. Hədə-qorxu və saxtalaşdırlma 2012-ci ilə qədər idi, ondan sonra Gürcüstanda demokratik seçkilər keçirilir”, – Zaur Darğallı bəyan etdi.