Zaur Darğallı bildirir ki, Marneulidə "Gürcü Arzusu"-nun majoritarlığa namizədini döyüblər
Zaur Darğallı bildirir ki, Marneulidə "Gürcü Arzusu"-nun majoritarlığa namizədini döyüblər

 

“Gürcü Arzusu”-nun Marneuli majoritarlığına namizədi, Zaur Darğallının verdiyi məlumata görə, Marneuli Munisipalitetinin Sadaxlo kəndində “Gürcü Arzusu”-nun majoritarlığa namizədi Rövşən İskəndərov döyülüb.

Zaur Darğallının sözlərinə görə, İskəndərov “Milli Hərəkat”-ın üzvü Laşa Kveladze tərəfindən döyülüb.

“Milli Hərəkat” növbəti təxribatlara başladı. “Milli Hərəkat”-ın siyahısının 2 nömrəsi Laşa Kveladze bu gün Sadaxlo kəndində bizim majoritarlığa namizədimizə bədən xəsarətləri yetirib. Namizədimiz qanun çərçivəsində ona məktəbin divarına “Mişa Gəl, Milli Hərəkata Səs Verin” -deyə yazmamaq üçün müraciət edib. Bu müraciətdən sonra qarşıdurma baş verib. Namizədimizə sinə və üz nahiyəsindən xəsarət yetirilib” -deyə Zaur Darğallı bildirib.

Rövşən İskəndərov “GeoHospital “-a aparılıb. Həkimin sözlərinə görə, onun vəziyyəti orta ağırdır.

İnsident ilə əlaqədar “Milli Hərəkat” -dan “Gürcü Arzusu” -nun üzvlərinin onlara hücum etdiyi bildirilir. “Milli Hərəkat”-ın üzvü Laşa Kveladze hazırda Marneuli polis bölməsindədir və qurumun əməkdaşlarına ifadə verir.