Zahes qəsəbəsində qəhrəman gürcü artilleriyaçılarının adını daşıyan körpüdə planlı işlərə başlanılır-bu barədə paytaxt meriyası məlumat yayır.
Verilmiş məlumatda sözügedən ərazidə deformasiya tikişlərinin bərpasının həyata keçiriləcəyi və zədələnmiş fraqmentlərin bərpa olunacağı deyilir.
“Planlaşdırılan infrastruktur işləri ilə əlaqədar martın 21-i saat 23:00-dan etibarən iki həftə ərzində körpüdə avtonəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq və nəqliyyatın hərəkəti yalnız bir zolaqda mümkün olacaq. Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir” -deyə meriyada açıqlayırlar.