Zaal Udumaşvili - tələbimiz yeni və növbədənkənar seçkilərdir, buna 31 oktyabrdan sadiqik
Bizim tələbimiz yeni və növbədənkənar seçkilərdir, bu tələbə 31 oktyabrdan sadiqik, – bu barədə “Milli Hərəkat” partiyasının lideri, Zaal udumaşvili bəyan etdi.
Udumaşvilinin qeyd etdiyinə görə, “Milli Hərəkatın” müxalifət nümayəndələri ilə fərdi görüşlər üzrə heç bir problemi yoxudur.
“Bu gün irəli sürülən təkliflər bizim üçün həqiqətən qəbul edilməzdir. Nəyə görə nəyəsə plebissit adını verməliyik, nə vaxt mümkündür ki, birbaşa plebissit keçirilsin və yox ki seçkilər, hansı da plebissit kimi təqdim olunacaq. Seçkilər və plebissit iki tamamilə fərqli mövzudur. Bizim tələbimiz yeni və növbədənkənar seçkilərdir, bu tələbə 31 oktyabrdan sadiqik”, – Udumaşvili bəyan etdi.