Zaal Udumaşvili - Müxalifət arasında parlamentə daxil olub-olmama haqqında debatlar başa çatmalıdır və hərkəs sakitcə öz qərarını veməlidir
Zaal Udumaşvili - Müxalifət arasında parlamentə daxil olub-olmama haqqında debatlar başa çatmalıdır və hərkəs sakitcə öz qərarını veməlidir

“Milli Hərəkatın” üzvü Zaal Udumaşvilinin bəyanatına görə, Müxalifət arasında parlamentə daxil olub-olmama haqqında debatlar başa çatmalıdır və hərkəs sakitcə öz qərarını veməlidir.

Onun dediyinə görə, ictimaiyyət kimin mövqeyinin daha doğru olduğunu özü görəcək.

Udumaşvili bəyan edir ki, müxalifətin görüləcək daha önəmli işləri var.

“Yaz aylarından biz fəal şəkildə işləyəcəyik ki, yeni seçkilərin təyin edilməsinə nail ola bilək” – dedi Zaal Udumaşvili.

Onun dediyinə görə, bütün müxalifət partiyaları sinirlərinə hakim olmalıdırlar, çünki onların bir-biri ilə münaqişəsi “Gürcü Arzusunun” leyhinədir.

“Hərkəs sinirlərinə hakim olsun və individual şəkildə qərarını versin. Kim parlamentə getmək istəyir, getsin, digərləri isə, yenidən seçkilərə nail olmaq üçün işləməyə hazırlaşaq” – dedi Zaal Udumaşvili.