Zaal Udumaşvili "Milli Hərəkatı" tərk edir və bəyan edir ki, mediaya qayıdır
Zaal Udumaşvili “Milli Hərəkatı” tərk edir.
Bu barədə O, partiya ofisində keçirilən brifinqdə bəyan etdi.
Zaal Udumaşvili bəyan edir ki, mediaya qayıdır
“Əminəm ki, “Milli Hərəkat” bu ölkədə mütləq dəyişikliklərin olacağı, rejimin dəyişəcəyi və bu, çox tezliklə baş verəcək gələcəkdə həlledici sözünü deyəcək partiya olacaq. Sözsüz ki, “Milli Hərəkat” bu dəyişikliklərin flaqmanı olacaq. Hesab edirəm ki, bu gün əsas döyüş xətlərindən biri mediadan keçir. Necə ki, bu gün azad söz və müstəqil media heç vaxt olmadığlı kimi, bunu mediada baş verən son hadisələr yaxşı nümayiş etdirir. Buna görə də öz təcrübəmə əsaslanaraq mediaya qayıtmaq qərarına gəldim. Dislokasiya yerini dəyişsəm də, döyüş xəttində qalıram. Əsas sualın nə olacağını bilirəm, amma bu məqamda daha ətraflı danışa bilmərəm. Tezliklə bir-birimizlə görüşəcəyik”, – Udumaşvili bəyan etdi.