Zaal Udumaşvili - hakimiyyət təklifimizə vaxtında cavab verməlidir, təxminən bir həftəsi var ki, konkret qərar qəbul etsin
“Milli Hərəkatın” üzvü, Zaal Udumaşvilinin bəyan etdiyinə görə, müxalifətin təklifinə hakimiyyətdən cavab gözləyirlər.
Udumaşvilinin dediyinə görə, müxalifətin təklifi tərəflərin mövqelərinin yaxınlaşmasına imkanlar yaradırdı.
“Biz cavab gözləyirik, bu uzun müdət davam edə bilməz, çünki Parlamentin ilk iclası yaxınlaşır. Təklifimizə vaxtında cavab verilməlidir. Müxalifətin təklifi həqiqətən tərəflərin mövqelərinin yaxınlaşmasına imkanlar yaradırdı. Görək, indi hər şey hakimiyyətdən asılıdır”, – Udumaşvili bəyan etdi.
Zaal Udumaşvili müxalifətin təklifinin detalları barəsində danışmır və qeyd edir ki, hakimiyyətdən rəsmi cavab gözləyirlər.
“Mən hələlik dərinliklərə girə bilmərəm ki, təklifimizdə nə yazılıb, lakin bu günlərdə bunun da vaxtı gələcək. Nə vaxt ki, hakimiyyətdən rəsmi cavab olacaq, o zaman biz səfirlərə təqdim etdiyimiz sənəd barəsində açıqca danışa bilərik.
Əgər üçüncü raund keçiriləsidirsə, sözsüz ki, Parlamentin ilk iclasına qədər keçirilməlidir. Çox az vaxt qalıb. Hakimiyyətin təxminən bir həftəsi var ki, konkret qərar qəbul etsin”, – Udumaşvili bəyan etdi.