Giorgi Marqvelaşvilinin siyasətə qayıtmasını alqışlayırıq, – bu barədə “Milli Hərəkatın” liderlərindən biri, Zaal Udumaşvili bəyan etdi.
Udumaşvilidən jurnalistlər keçmiş prezident, Giorgi Marqvelaşvilinin fəal siyasətə qayıtması barəsində sosial şəbəkədə yaydığı bəyanatı barəsində sual verdilər.
Udumaşvilinin dediyinə görə, Bidzina İvanişviliyə qarşı mübarizə aparmağı qərar verən istənil siyasi qüvvə və istənilən siyasi simanın qərarı alqışlanasıdır.
“Giorgi Marqvelaşvilinin hansı siyasi partiya ilə əməkdaşlıq etdiyini həqiqətən bilmirəm. Bu onun qərarıdır və konkret qərarı qəbul edəcək. Onun siyasətə qayıtmasına gəldikdə, bu yalnız və yalnız alqışlanasıdır. Bidzina İvanişviliyə qarşı mübarizə aparmağı qərar verən istənil siyasi qüvvə və istənilən siyasi simanın qərarı alqışlanasıdır”, – Zaal Udumaşvili bəyan etdi.
Bununla yanaşı Giorgi Marqvelaşvili bəyan etdi ki, Mixail Saakaşvili ilə söhbətə hazırdır, əgər onun Gürcüstanda demokratiyanın gücləndirilməsi ilə bağlı baxışları varsa.