Zaal Udumaşvili - Bizim əsas məqsədimiz yenidən seçkilərin təyin edilməsidir və buna xalqın etirazı və dəstəyi ilə mütləq nail olacağıq
Zaal Udumaşvili - Bizim əsas məqsədimiz yenidən seçkilərin təyin edilməsidir və buna xalqın etirazı və dəstəyi ilə mütləq nail olacağıq

Bizim əsas məqsədimiz yenidən seçkilərin təyin edilməsidir və buna xalqın etirazı və dəstəyi ilə mütləq nail olacağıq, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Zaal Udumaşvili verdi.

Onun dediyinə görə, müxalifət deputatları parlament tərəfindən mandatlarının dayandırılmasını gözləyirlər və deputat səlahiyyətləri dayandırıldıqdan sonra etiraz aksiyaları parlamentdən kənarda davam edəcək.

“Etirazımıza planladığımız kimi davam edəcəyik. Müxalifət partiyalarının əksəriyyəti hazırki parlamentin legitimasiyasından imtina edir. Planlarımız yaxın zamanda elan ediləcək. Müxalifətin bütün addımları hər bir partiya ilə razılaşdırılacaq və koordinasiyalı şəkildə qoyulacaq. Bu parlament isə, bir partiyalı qalacaq, çünki 50-dən artıq deputat parlament mandatından imtina edir” – dedi Zaal Udumaşvili.