Zaal Udumaşvili – Əminəm ki, seçkilər yaxınlaşdıqca müxalifətin sıraları artacaq

16:46, 18.10.2021

İndi siyasi simpatiyaların və siyasi antipatiyaların vaxtı deyil, indi birləşmə vaxtıdır. Bütün müxalifət qüvvələri ilə fəal şəkildə məsləhətləşmələr aparırıq” dedi Vahid Milli Hərəkatın Mtsxeta merliyinə namizədi Zaal Udumaşvili.

O bildirib ki, mövcud vəziyyətdən çıxmağın yeganə yolu ikinci turdan keçən müxalifət namizədlərinin birgə dəstəyidir.

“Yalnız bu şəkildə Gürcü Arzusu namizədlərini məğlub edə bilərik və əminəm ki, belə də olacaq. Seçkilər yaxınlaşdıqca əminəm ki, müxalifətin sıraları daha da artacaq. Hamı yaxşı bilir ki, bu gün ölkəmizin və dövlətimizin mənafelərini partiya maraqlarından üstün tutmalıyıq” dedi Udumaşvili.

Oxşar