Yunanıstanın paytaxtı Sahara səhrasından gələn narıncı toz dumanı ilə örtülüb
Yunanıstanın paytaxtı Sahara səhrasından gələn narıncı toz dumanı ilə örtülüb. Bu barədə “BBC” məlumat yayır.
Oxşar səhra tozu buludu Afinanı martın sonu və aprelin əvvəllərində bürüdü. Həmçinin, İsveçrədə və Fransanın cənubunda da qeydə alınıb.
Toz səbəbindən havanın keyfiyyəti pisləşib. Bu səhərdən etibarən Akropolu görmək mümkün olmayıb. Bulud ölkənin şimalına yayılaraq Salonikiyə də çatıb. Səlahiyyətlilər tənəffüs yoluxucu xəstəlikləri olan vətəndaşları bulud dağılana qədər evlərini tərk etməməyə və maska taxmağa çağırıblar.