Yunanıstanın müdafiə naziri, münasibətlərin yaxşılaşmasına baxmayaraq, Türkiyənin yenə də ekzistensial təhlükə olduğunu bildirir
Yunanıstanın müdafiə naziri, münasibətlərin yaxşılaşmasına baxmayaraq, Türkiyənin yenə də ekzistensial təhlükə olduğunu bildirir

 
Yunanıstanın müdafiə naziri Nikos Dendias münasibətlərin yaxşılaşmasına baxmayaraq, Türkiyənin yenə də ekzistensial təhlükə olduğunu bildirir. Bu haqda o, parlamentdə çıxışı zamanı danışıb.

“Suveren statusu, nəinki suveren hüquqları, həm də azlıqları müəyyən edən beynəlxalq müqavilələri şübhə altına salan qonşu ölkə varsa, bu, ekzistensial təhlükədir. Ölkəmizin hüquqi və coğrafi sərhədləri də təhlükə altındadır. Biz buna hazır olmalıyıq. Qonşu Türkiyə ilə münasibətlərdə tonun müəyyən qədər yumşalmasını və ab-havanın yaxşılaşmasını təqdir edirik” – Yunanıstanın müdafiə naziri bildirib.

Həmçinin, Yunanıstanın Müdafiə Nazirliyinin rəhbəri ölkənin silahlı qüvvələrində islahatlara ehtiyacın yaranmasının əsas səbəbinin geosiyasi vəziyyət olduğunu deyib. Nazir bildirib ki, bu əsaslı satınalmalar və innovasiyaların tətbiqini əhatə edir.