Yunanıstanın Baş naziri yay dövründə gözlənilən meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edir
Yunanıstanın Baş naziri yay dövründə gözlənilən meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edir

 
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yayda gözlənilən meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edir.

“Bu yayın xüsusilə təhlükəli olacağı gözlənilir. Hava baxımından iyun ayı çox çətin keçdi – quraqlıq və mövsüm üçün qeyri-adi güclü külək. Ən çətin vaxt hələ irəlidədir”-Mitsotakis bəyan etdi.

Ötən iki gün ərzində Yunanıstanda onlarla yerdə yanğın baş verdi, onlardan ikisi paytaxt Afina yaxınlığında baş verdi.