Yunanıstanın baş naziri enerji resurslarının qiymətlərinin artması fonunda yeni tədbirlər elan edib
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis enerji resurslarının qiymətlərinin artması fonunda yeni tədbirlər elan edib. Onun sözlərinə görə, Yunanıstan hökumətinin məqsədi mazutun ilkin pərakəndə satış qiymətinin bir litr üçün 1.75 avronu keçməməsidir.
Bununla yanaşı, Mitsotakisin bildirdiyinə görə, istilik üçün nəzərdə tutulan yardım bütün istehlakçılar üçün artırılacaq, dizel yanacağına tətbiq edilən subsidiya isə oktyabr ayı ərzində də davam edəcək.
“Yaxın günlərdə hökumət və neft emalı şirkətləri mazutla bağlı mühüm tədbirlər elan edəcəklər ki, ilkin qiymət bir litr üçün 1.75 avrodan az olsun. Bu, ötən ilki mövsümün sonunda mövcud olan qiymətdən daha aşağı olacaq”, – Mitsotakis bildirib.
Onun sözlərinə görə, istilik subsidiyası təkcə mazutdan istifadə edən ailələr üçün deyil, həm də digər enerji növləri ilə qızınan ev təsərrüfatları üçün artırılacaq.
Yunanıstan baş nazirinin məlumatına görə, ən böyük dəstək, həmişə olduğu kimi, iqlim şəraitinə görə istilik ehtiyacının daha yüksək olduğu bölgələrə göstəriləcək.